19:33 Rəcəb ayının 4-ü Həzrət Əbülfəzl-Abbasın (ə) mübarək mövlud günüdür   ///  14:47 İftarda bu səhvə yol verməyin – Təhlükəlidir   ///  21:03 Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI   ///  13:31 Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM   ///  19:35 Həcc ziyarətlərinin qiymətinin artması nə ilə bağlıdır?   ///  19:37 Almaniyada məscidlərə yandırılmış Quran göndərildi   ///  05:59 Əxlaq polisi döyüb komaya salmışdı...Doğulduğu yerdə dəfni qadağan edildi!   ///  13:22 Məhərrəm ayı başlayıb   ///  13:54 Azərbaycandan HƏCC ziyarətləri başlayıb... - VİDEO   ///  19:43 Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək   ///  08:52 Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı   ///  12:42 Bu həftə Ramazan tətili başlayır   ///  12:33 Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı   ///  10:08 Qədr gecəsi haqqında hədislər   ///  18:34 Dünyada müsəlmanlar neçə saat oruc tutur?   ///  00:56 11-ci günün duası - İmsak və iftar vaxtı   ///  12:07 Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları - FOTO   ///  02:12 "Quran" boşanan qadınlara 3 ay ərzində ərə getməyi qadağan edir - SƏBƏBİ   ///  01:54 ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu.   ///  01:51 Evliliyin Hökmü   ///  01:50 Ailənin Önəmi və Dəyəri   ///  01:48 Ailənin Tərifi   ///  01:47 Təvəkkül   ///  01:45 Allaha gedən yolda hallar   ///  01:44 Sübh namazı   ///  01:43 Fələq surəsi   ///  23:51 Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtı   ///  03:26 Oruc tutan zaman bunları edin   ///  03:22 Ramazan ayının səkkizinci gününün imsak, iftar və namaz vaxtları - FOTO   ///  23:11 Ramazanın 7-ci gününün duası - İmsak və iftar vaxtı   ///  20:33 Dodaq boyası orucu pozur? - CAVAB   ///  01:11 Oruc tutanlar üçün VACİB MƏLUMAT - İmsakda və iftarda bunlara əməl edin   ///  12:38 Ramazanda necə qidalanmalıyıq?   ///  09:35 Orucun sağlamlıq üçün - Faydaları   ///  09:31 Ramazanın dördüncü gününün duası   ///  18:34 Oruc tutanlar nə qədər su içməlidir? Bu qidaları yeməyin!   ///  22:17 Ramazanın 3-cü gününün duası - İmsak və iftar vaxtı   ///  14:01 Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər   ///  22:24 Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı   ///  10:49 Ramazan ayı təqvimi 2023   ///  10:47 İnsanlar ölümdən sonra bir müddət ətrafı izləyir - Alimlərdən şok tədqiqat   ///  23:40 Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı   ///  09:47 QMİ-dən mübarək Ramazan ayı ilə bağlı FƏTVA   ///  14:10 Şəms surəsi (Günəş surəsi)   ///  14:09 Yalan haqqında hədislər   ///  14:07 Tövbə namazı   ///  14:05 Namaz haqqında hədislər   ///  14:04 Novruz keçirmək olarmı?   ///  14:02 Quran (surə) tapşırma duası   ///  14:01 Hz.Zəhraya(s.ə) İstiğasə namazı   ///  

QMİ-dən mübarək Ramazan ayı ilə bağlı FƏTVA

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan - orucluq ayının başlanması ilə əlaqədar fətva verib.

BiG.AZ-ın xəbərinə görə, fətvada deyilir:

"Bismillahir-rəhmanir-rəhim!

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan - orucluq ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərimizin Allah dərgahında qəbula yetməsi üçün dualar edir. Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız Qurani-Kərimdə Uca Rəbbimiz buyurur:

"Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun.." (Bəqərə, 185).

Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazanda müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən raz-niyaz edirik!

Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edəcəkdir, inşallah!

Möhtərəm qardaş və bacılar! On bir ayın sultanı olan Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq. Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, vandalizmə məruz qalmış dini məbədlərin, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə dövlət başçımız, Zati-aliləri, cənab Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik.

Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Orucluq ibadəti sosial yardımlaşmanı artıran, mənəvi dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savabdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib etmişdir. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilmişdır. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcəkdir.

Bu mübarək Ramazan ərəfəsində dua edirik ki, Qadir Allah doğma Azərbaycanımızı, dövlətçiliyimizin təminatı olan müdrik ölkə başçımızı, müzəffər ordumuzu və əziz xalqımızı qorusun, bütün bəlalardan hifz etsin, rifah və tərəqqimizə rəvac versin! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!".