19:33 Rəcəb ayının 4-ü Həzrət Əbülfəzl-Abbasın (ə) mübarək mövlud günüdür   ///  14:47 İftarda bu səhvə yol verməyin – Təhlükəlidir   ///  21:03 Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI   ///  13:31 Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM   ///  19:35 Həcc ziyarətlərinin qiymətinin artması nə ilə bağlıdır?   ///  19:37 Almaniyada məscidlərə yandırılmış Quran göndərildi   ///  05:59 Əxlaq polisi döyüb komaya salmışdı...Doğulduğu yerdə dəfni qadağan edildi!   ///  13:22 Məhərrəm ayı başlayıb   ///  13:54 Azərbaycandan HƏCC ziyarətləri başlayıb... - VİDEO   ///  19:43 Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək   ///  08:52 Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı   ///  12:42 Bu həftə Ramazan tətili başlayır   ///  12:33 Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı   ///  10:08 Qədr gecəsi haqqında hədislər   ///  18:34 Dünyada müsəlmanlar neçə saat oruc tutur?   ///  00:56 11-ci günün duası - İmsak və iftar vaxtı   ///  12:07 Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları - FOTO   ///  02:12 "Quran" boşanan qadınlara 3 ay ərzində ərə getməyi qadağan edir - SƏBƏBİ   ///  01:54 ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu.   ///  01:51 Evliliyin Hökmü   ///  01:50 Ailənin Önəmi və Dəyəri   ///  01:48 Ailənin Tərifi   ///  01:47 Təvəkkül   ///  01:45 Allaha gedən yolda hallar   ///  01:44 Sübh namazı   ///  01:43 Fələq surəsi   ///  23:51 Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtı   ///  03:26 Oruc tutan zaman bunları edin   ///  03:22 Ramazan ayının səkkizinci gününün imsak, iftar və namaz vaxtları - FOTO   ///  23:11 Ramazanın 7-ci gününün duası - İmsak və iftar vaxtı   ///  20:33 Dodaq boyası orucu pozur? - CAVAB   ///  01:11 Oruc tutanlar üçün VACİB MƏLUMAT - İmsakda və iftarda bunlara əməl edin   ///  12:38 Ramazanda necə qidalanmalıyıq?   ///  09:35 Orucun sağlamlıq üçün - Faydaları   ///  09:31 Ramazanın dördüncü gününün duası   ///  18:34 Oruc tutanlar nə qədər su içməlidir? Bu qidaları yeməyin!   ///  22:17 Ramazanın 3-cü gününün duası - İmsak və iftar vaxtı   ///  14:01 Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər   ///  22:24 Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı   ///  10:49 Ramazan ayı təqvimi 2023   ///  10:47 İnsanlar ölümdən sonra bir müddət ətrafı izləyir - Alimlərdən şok tədqiqat   ///  23:40 Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı   ///  09:47 QMİ-dən mübarək Ramazan ayı ilə bağlı FƏTVA   ///  14:10 Şəms surəsi (Günəş surəsi)   ///  14:09 Yalan haqqında hədislər   ///  14:07 Tövbə namazı   ///  14:05 Namaz haqqında hədislər   ///  14:04 Novruz keçirmək olarmı?   ///  14:02 Quran (surə) tapşırma duası   ///  14:01 Hz.Zəhraya(s.ə) İstiğasə namazı   ///  

Rəcəb ayının 4-ü Həzrət Əbülfəzl-Abbasın (ə) mübarək mövlud günüdür

"Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbül-fəzl ibn Əli (ə) hicrətin 26-cı ili, şaban ayının 4-də dünyaya gəlmişdir.

İslam aləmində Həzrət Əbülfəzl (ə) Qəməri-Bəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə tanınmışdır. Atası  Həzrət Əli (ə), anası isə öz şücaətləri ilə ad qazanmış "Kilab" qəbiləsindən olan Ummülbənidir. Xanım Fatimə (s.ə) dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) qardaşı Əqilə demişdi ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, onun üçün qeyrətli və şücaətli bir oğlan dünyaya gətirsin. Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ummülbənini həzrət Əliyə (ə) tövsiyə elədi.

Həzrət Əlidən (ə) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır. Imam Cəfər Sadiq (ə) belə buyurur: "Bizim əmimiz Həzrət Əbülfəzlin (ə) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O (ə), Imam Hüseynlə (ə) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin (ə) yolunda canını fəda edib şəhid oldu."

O Həzrətin (ə) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl (ə) onu da məğlub etdi." Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundan heç kim onunla döyüşə cəsarət etmədi.

Imam Səccad (ə) o həzrətin (ə) barəsində belə buyurur: "Həzrət Abbas (ə) təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır."

Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə məhşur olan Həzrət Əbülfəzl (ə) Allahın hüccətini qəhrəmancasına müdafiə edərkən, Əhli Beyt (ə) xanədanına su gətirərkən Fərat sahilində şəhadətə yetişdi. Tasua gecəsi qarşı tərəfdən gələn "amannamə"yə yox cavabı verən Həzrət Abbas (ə) İmam Hüseynə və Peyğəmbər ailəsinə olan  vəfasını göstərmişdir.

Imam Səccad (ə) Həzrət Əbülfəzlin məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: "Allah Təala əmim Abbasa (ə) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda elədi, Allah-Təala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir ki, mələklər kimi uçaraq cənnətə daxil olsun. Onun Allah Təala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamını təmənna edərlər."

Əbülfəzlin (ə) Kərbəladakı qəhrəmanlığı barəsində Təbəri belə yazır: "Məhərrəm ayının 7-də Imam Hüseyn (ə) ordusunu mühasirəyə alaraq suyu onların üzünə bağladılar. Əbülfəzl (ə) su gətirmək üçün Imam Hüseyndən (ə) icazə alaraq 30 atlı, 20 piyada və 20 su tuluğu ilə Fərat çayına tərəf yollandı, çaya yetişdikdə suyun qarşısını kəsən düşmən qoşunu ilə rastlaşdılar. Bir dəstə onlarla vuruşduğu halda digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşçülər arasında öz şücaəti ilə Həzrət Abbas (ə) düşmənin gözünü elə qorxutmuşdu ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi."

Aşura gecəsi Imam Hüseyn (ə) öz xeyməgahında ibadətlə məşğul olarkən Həzrət Əbülfəzl (ə) onu mühafizə etmiş və daim Əhli Beytin (ə) xidmətində durmuşdur. O gecə Həzrət Əbülfəzl (ə) qardaşlarına xitab edərək buyurdu: "Bu gün elə bir gündür ki, gərək cənnəti satın alaq və canımızı Imam Hüseynə (ə) fəda edək. Bunu ona görə etmirik ki, biz onun qardaşlarıyıq, bunu ona görə edirik ki, Imam Hüseyn (ə) Allahın yer üzündəki hüccətidir." Bunu eşidən Imam Hüseyn (ə) buyurdu: "Ey qardaş, aləmlərin Rəbbi sənə əcr versin."

Kərbəlada haqqın bayraqdarı olan Əbülfəzl (ə) Imamın göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək üçün Imam Hüseyndən (ə) icazə alaraq növbə ilə meydana getdiyi halda Həzrət Əbülfəzl (ə) Imam Hüseynin (ə) əmrini gözləyirdi. Sonda o, Imam Hüseyndən (ə) icazə alaraq su gətirmək üçün Fərata yollandı. Zalımlarla üzləşən Həzrət Əbülfəzl (ə) ilk növbədə onları haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək öz zülmlərindən əl çəkmədilər. Həzrət Əbülfəzl (ə) tuluğu ilə su doldurub qayıdarkən Onun (ə) sağ əlini kəsdilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra Həzrətin (ə) sol əlini də kəsdilər. Ancaq Kərbəla ələmdarı bayrağın yerə düşməsinə imkan verməyərək onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən o Həzrəti (ə) ox və nizə ilə yaraladılar. Həzrət (ə) fəryad edərək buyurdu: "Məndən sənə salam olsun ey əba Əbdullah." Bunu eşidən Imam Hüseyn (ə) onun yanına gələrək Həzrətin (ə) mübarək başını qucaqlayaraq buyurdu: "Indi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı."